Embassy English San Diego
Günəşli San Diego şəhərində , Gaslampquarter-də yerləşən Embassy English San Diego dili məktəbinə xoş gəlmisiniz. Şəhərin ən gözəl nöqtəsi və bol-bol alış-veriş etmək istəyənlər üçün ideal bir mövqe təmin edən Embassy English, hər məktəbində olduğu kimi San Diego mərkəzində də şagirdlərinə son texnologiyanın istifadə edildiyi müasir siniflərdə, keyfiyyətli bir dil təhsili təklif edir. Bu mərkəzdə təhsil alan tələbələr məktəb ətrafında yer alan saysız restoran və kafelərdən, bir neçə dəqiqə uzaqlıqdakı möhtəşəm qumsallardan gün içərisində faydalana bilir.
Embassy English San Diego dil məktəbində təqdim edilən proqramlara Ümumi İngilis dili , İntensiv İngilis dili , Akademik İngilis dili, İmtahan Hazırlıq proqramları (IELTS, TOEFL), Travel andCulture, Beginners English, İş İngiliscəsi, English in Action daxildir.