A Level Proqramı

A Level proqramının nə olduğunu, necə işlədiyini və faydaları nədir deyə maraqlanırsınızsa , bu yazıda suallarınıza qısa cavab tapa bilərsiniz. Ən sadə şəkildə A Level proqramı İngilis Liseyi diplomu dərəcəsidir. Ali təhsilini davam etdirmək istəyən tələbələr, 2 illik davam edən A Level proqramına qatılmalıdırlar. A Level proqramına qatılmaq üçün tələbə ən azı 16 yaşında olmalıdır. Azərbaycanda Dövlət məktəb diplomuna sahibsinizsə və İngiltərədə ən yaxşı universitetlərə (Oxford, Cambridge, Imperial, UCL, LSE, King'S College London və s) müraciət və ya Tibb Fakültəsi, Əczaçılıq, Stomatologiya, Hüquq və s rəqabətli proqramlara müraciət etməyi düşünürsünüzsə A Level proqrmına qatılmaq lazımdır.

Orta məktəb təhsilini İngiltərədə davam etməyə qərar verdiyiniz halda 16 yaşını tamamlamısınızsa və 10-cu sinifdən məzun olduqdan dərhal sonra İngiltərə təhsilə başlaya və sizə uyğun bir A Level proqramına qatıla bilərsiniz.

A Level proqramında iştirak üçün şərtlər hansılardır?

İngilis Məktəbində A Level proqramına qatılmaq istəyirsinizsə, aşağıdakı şərtlərə uyğun olmalısınız:

16 yaşında olmaq

10-cu sinifdən məzun olmaq (18 və daha yuxarı yaşda olanlar üçün orta məktəb məzuniyyət tələbi)

70 və yuxarı qiymət ortalaması (100-üzərindən)

IELTS 5.5 balı

A Level proqram haqqı nə qədərdir?

A Level proqramı üçün illik haqq £ 25,000 - £ 35,000 arasında dəyişir.

 

Hansı Kolec və ya İngiltərə Məktəblərində A Level proqramı təqdim edilir?

Kings Education (London, Brighton, Oxford, Bournemouth)

Bellerbys College (London, Brighton, Cambridge, Oxford)

CAT College (London, Canterbury)

A Level Proqramı seçimləriniz haqqında ətraflı məlumat üçün bizə zəng edin və ya Bakıdakı mərkəzi ofisimizi ziyarət edin.