Avstraliya Dil Məktəbləri

Avstraliya dil məktəbləri, Avstraliya tələbə vizası, Avstraliya dil məktəb qiymətləri və Azərbaycan tələbələri üçün xüsusi endirimlər haqqında ətraflı məlumat üçün doğru yerdəsiniz. Hələ tam olaraq kəşf edilməmiş bu qitədə əl dəyməmiş saysız sahillər, ucsuz-bucaqsız çöllər və tropik yağış meşələri ilə tanış olmağa hazırsınızmı?

AVSTRALİYANIN SAHİL ŞƏHƏRLƏRİ
Bir qitə ölkəsi olan Avstraliyada həyat İngilislərin bir cəza koloniyası qurmasıyla başlamışdır. Ölkənin ən uzaq şimalında yamaclı meşələr, ortada böyük bir səhra və sahilyanı sahillərdə tikilən böyük şəhərlər yerləşir. Tazmanyanın cənubundakı dağlar və göllər isə ziyarətçilərinə bənzərsiz mənzərələr təqdim edir. Dünyanın ən böyük mərcan qayalıqları olaraq qəbul edilən Great BarrierReef Avstraliyanın qərbində yer alır. Unikal heyvan növləri və fərqli bitki örtüyü ilə sizi özünə heyran buraxacaqdır.
Sidney, Melburn, Cairns, Brisbane və Perth şəhərlərində isə canlı, lakin bir o qədər rahat və stresdən uzaq bir həyat tərzi bu ölkədə özünüzü evinizdəki kimi hiss etdirəcək.

AVSTRALİYA DİL MƏKTƏBLƏRİ: Rahat, əyləncəli və əlverişli maliyyəli təhsil
Avstraliya günümüzdə xarici tələbələrə dil təhsili üçün iş icazəsi verərək xarici tələbələrə dəstək olan ən yaxşı alternativ ölkələrdən biridir. Avstraliyada, altı ay və ya daha çox dil tədrisinə gedən hər kəs üçün həftədə iyirmi saat işləməyə icazə verilir. Avstraliyanın qlobal böhrana əhəmiyyət verməyən iqtisadiyyatı isə beynəlxalq tələbələrin yarı gün çalışaraq cib xərclərindən daha çoxunu çıxarmalarına imkan verir. Burada olan bir çox dil məktəbi şagirdlərinə part-time iş müraciətlərində məsləhət verir və zaman itirmədən bir iş tapmalarını təmin edirlər.
Avstraliyada dil təhsili almaq istəyən namizədlər üçün LevantEducation Xaricdə Təhsil Məsləhəti şirkəti əvvəlcə ehtiyac analizi aparıldıqdan sonra şəxs üçün ən uyğun şəhər, məktəb və yerləşmə seçimlərini müəyyənləşdirir. Ümumi İngilis dili, Akademik İngilis dili, İntensiv İngilis dili, IELTS, TOEFL, İş İngiliscəsi,Executive English kimi fərqli proqram məzmunlarını sizinlə paylaşır.
 

Məlumat İstə

Xaricdə Təhsil- Məlumat İstə!


Pulsuz Broşur

Pulsuz Broşur İstə!


Birə-bir Görüşmə İstəyin

Birə-bir Görüşmə İstəyin.